Zərrabın etirafları Türkiyədə hiddətə səbəb oldu: Böyük "kəllə" gedə bilər

© AFP 2024 / ADEM ALTANTürkiyə Böyük Millət Məclisi
Türkiyə Böyük Millət Məclisi - Sputnik Azərbaycan
Abunə olmaq
AKP-li millət vəkili: "Rza Zərrabın Türkiyədən çıxışına göz yumulması ilə bağlı istintaq başladılsın"

BAKI, 30 noyabr — Sputnik. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan olan millət vəkili Mustafa Şentop, ABŞ-da mühakimə olunan Rza Zərrabın Türkiyədən çıxışına göz yumulması ilə əlaqədar istintaq başladılmasını istəyib.

Мужчина прячет деньги во внутренний карман, фото из архива - Sputnik Azərbaycan
İş adamı "açdı sandığı, tökdü pambığı" - Rüşvət qalmaqalı

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Şentop Rza Zərrabın Türkiyədən gedişinin xüsusi planın bir hissəsi olduğunu deyib. Millət vəkili bildirib ki, Zərrabın həyat yoldaşı və uşağı faktoru bir bəhanə, planı ört-basdır etmək məqsədi daşıyıb.

"Rza Zərrabın Türkiyədən çıxışına göz yumanlar araşdırılsın" — Şentop bildirib.

Qeyd edək ki, AKP kulislərində Rza Zərrabın 2016-cı ilin martında Türkiyədən ABŞ-a getməsinə necə göz yumulması ilə bağlı müzakirələr var. İddialara görə, Zərrab dövrün baş naziri Əhməd Davudoğludan təminat istəyib. Ancaq Davudoğlu təminat verməyib. Bundan sonra ABŞ kəşfiyyatı ilə görüşən Zərrab, etiraf edəcəyi ilə bağlı anlaşaraq Amerikaya gedib.

Xəbər lenti
0