İş adamı "açdı sandığı, tökdü pambığı" - Rüşvət qalmaqalı

© Sputnik / Anar MustafayevМужчина прячет деньги во внутренний карман, фото из архива
Мужчина прячет деньги во внутренний карман, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rza Zərrab: "Digər valyutalarla verdiklərimi saymıram, təkcə avro ilə 45-50 milyon rüşvət vermişəm"

BAKI, 30 noyabr — Sputnik. ABŞ başda olmaqla, Qərb blokunun İrana qarşı sanksiyalarını pozmaqda ittiham edilərək, ötən ilin martında Mayami ştatında həbs olunan iş adamı Rza Zərrabın məhkəməsi keçirilib. Sputnik Türkiyə xəbər verir ki, bank fırıldaqçılığı və "çirkli pulların yuyulmasında" təqsirləndirilən Zərrab, ilk dəfə olaraq əməllərini etiraf edib.

Следственный изолятор, фото из архива - Sputnik Azərbaycan
Azərbaycanlı iş adamı həbsxana gözətçisinə fahişə, narkotik və içki sifariş verib

Azərbaycan əsilli Türkiyə və İran vətəndaşı hakimə deyib ki, 2016-cı ilin martında tutularkən, çox qorxduğu üçün ilk ifadəsində FTB-yə doğruları deməyib. İndi isə hər şeyi doğru danışacağına and içib.

R. Zərrab, Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayana 45-50 milyon avro rüşvət verdiyini söyləyib: "İranın sabiq prezidenti Mahmud Əhmədinejadla münasibətim olduğunu etiraf edirəm. İranın, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan xilas olmaq üçün neft və qaz satışından əldə etdiyi gəlirləri ilə beynəlxalq ödəmələri həyata keçirdim".

"Bu işdən əldə etdiyim gəlirin 50 faizini isə Zəfər Çağlayana təklif etdim. Digər valyutalarla verdiklərimi saymıram. Təkcə avro ilə 45-50 milyon rüşvət vermişəm" — biznesmen deyib

"ABŞ hökuməti məni bağışlayacağına dair barədə söz verməyib. Cəzama hakim qərar verəcək" — Zərrab əlavə edib.

Xəbər lenti
0