BAKI, 30 noyabr — Sputnik. Bu gün Dünya Şahmat Federasiyası dünyanın ən güclü 100 şahmatçısının reytinq cədvəlini açıqlayıb.
Sputnik Azərbaycan FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov topladığı 2799 xalla dünyanın ən güclü şahmatçıları siyahısında 3-cü yerdə qərarlaşıb.
Teymur Rəcəbov 17-ci (2748), Rauf Məmmədov 40-cı (2709), Arkadi Naydiç 43-cü (2705) pillədə yerlərdə qərarlaşıblar.