Ankaradan "Zərrab planı"na sərt reaksiya

© AP Photo / Depo PhotosEbru Gündeş - Rza Zərrab
Ebru Gündeş - Rza Zərrab - Sputnik Azərbaycan
Abunə olmaq
Fikri İşıq: "Rza Zərrab işindən bizə qarşı istifadə edilməsini heç vaxt qəbul etməyəcəyik"

BAKI, 30 noyabr — Sputnik. Hazırda ABŞ-da polis nəzarətində olan Azərbaycan əsilli Türkiyə və İran vətəndaşı Rza Zərrabın məhkəmədə etirafçı olması Ankarada sərt reaksiya doğurub. Sputnik Türkiyə xəbər verir ki, baş nazirin müşaviri Fikri İşıq, Nyu-York məhkəməsində gedən proseslə bağlı diqqət çəkən açıqlama verib.

Türkiyə Böyük Millət Məclisi - Sputnik Azərbaycan
Zərrabın etirafları Türkiyədə hiddətə səbəb oldu: Böyük "kəllə" gedə bilər

"Məhkəmədə dindirilərkən onun rahat davranışları hər kəsi təəccübləndirdi. O, özündən çox əmin görünürdü. Sanki günahkar deyilmiş kimi, hadisələri rahat formada izah edirdi. Onun bu əhvalı amerikalı jurnalistlərin də diqqətini çəkib. Onlar Zərrabı, sanki şirkətdə işçilərə iclas keçirən müdirlərə bənzədiblər" — Fikri İşıq deyib.

"Ümid edirik ki, nə ABŞ, nə də digərləri Türkiyəyə qarşı səhv addım atar. Çünki Türkiyə bu cür təxribatlara boyun əyəcək dövlət deyil. Bu ssenarilərin olacağını öncədən bilirdik. Rza Zərrab işindən bizə qarşı istifadə edilməsini heç vaxt qəbul etməyəcəyik" — türkiyəli rəsmi əlavə edib.

Xəbər lenti
0