BAKI, 27 noyabr — Sputnik. İstanbulda keçirilən tennis turnirində maraqlı hadisə baş verib. Sputnik Azərbaycan "Haberler"-ə istinadən xəbər verir ki, rusiyalı tennis ustası Mariya Şarapova türkiyəli Çağla Büyükakçay ilə qarşılaşıb.
Oyun zamanı türkiyəli azarkeşlərdən biri Mariya Şarapovaya ingilis dilində "Mənimlə evlənərsən?" sualı ünvanlayıb. Rusiyalı idmançı ona edilən təklifə "Bəlkə" deyə cavab verib.