CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alkoqollu içkilər və tütün məmulatları kəskin bahalaşacaq: aksiz dərəcələri artırılır

CC0 / StockSnap / WineВино, фото из архива
Вино, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Alkoqollu içikərə və tütün məmulatlarına tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub

BAKI, 7 noyabr – Sputnik. 2018-ci ildən etibarən ölkədə alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitələrin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, milli valyutanın ucuzlaşması idxal olunan alkoqollu içkilərin və tütün məmulatlarının qiymətinin daxili bazarda artmasına, aksiz vergisi üzrə isə daxilolmaların azalmasına səbəb olub. Ona görə, tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub.

Nazir deyib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur və dəyişikliklər dövlət başçısına təqdim edilib. Aksiz dərəcələrinin artırılması ilə bağlı dəyişiklik gələn il qüvvəyə minəcək. Nəticədə büdcənin gəlirləri artacaq.

Xəbər lenti
0