CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Banklar sizi həbslə hədələyirsə, nə etməli

© Sputnik / Murad OrujovKredit
Kredit - Sputnik Azərbaycan
Abunə olmaq
"Bank iki şəxs arasındakı razılaşmadan xəbərdar olduğu üçün debitor kimi Salehlini deyil, məhz onun tanışını göstərməli idi"

BAKI, 22 noyabr — Sputnik. Azərbaycanda kredit borcu olanları qorxu götürüb. Ölkədə belə şəxslərə qarşı banklar tərəfindən iddiaların sayı artır. Hətta bəzi dövlət qulluqçuları bank borcunu ödəyə bilməyənləri qanunvericilikdəki yeniliklərə istinad edərək həbslə hədələyirlər. Sputnik Azərbaycan-ın redaksiyasına bu barədə edilən şikayətləri nəzərə alaraq borclunun azadlıqdan məhrum ediməsi məqamını hüquqşünaslarla aydınlaşdırdıq.

Qeyd edək ki, bu ay Milli Məclis Cinayət Məcəlləsində düzəlişləri təsdiqləyib. Belə ki, düzəlişə əsasən kredit borclarını ödəməkdən imtina edən şəxslərə qarşı azadlığın məhdudlaşdırılması tətbiq edilə bilər. Eyni zamanda azadlıqdan məhrum etmə cəzası da yüngülləşdirilərək müddəti üç ildən iki ilə endirilib.

Lakin bir məqama diqqət yetirmək lazımdır. Azadlıqdan məhrum etmə cəzası borcunu ödəmək imkanında olmayan şəxslərə aid deyil. Hüquq islahatları mərkəzinin sədr müavini Fərhad Nəcəfovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, qanunun bu bəndi yalnız əmlakı olan halda məhkəmə qərarını bilərəkdən yerinə yetirməkdən imtina edənlərə tətbiq olunacaq. 

Пачка азербайджанских манатов в руке. Архивное фото - Sputnik Azərbaycan
Kredit borclarınızı ödəməyə tələsin, əks halda...

"Avropa İnsan Haqları məhkəməsində bu yaxınlarda mülkiyyət hüququnun müdafiəsi üzrə bir neçə iş üzrə qərarlarda AİHM kredit borcunu ödəmək iqtidarında olmayan şəxsin həbsini hüquqi nöqteyi-nəzərdən qanunsuz adlandırıb. Avropa məhkəməsinin presedent hüququnun Azərbaycan qanunvericiliyinin tərkib hissəsi və icra üçün mütləq olduğunu nəzərə alsaq kredit borcunu ödəyə bilməyən şəxsə qarşı azadlıqdan məhrum etmə cəzası tətbiq edilməli deyil" — deyə ekspert qeyd edib.

Hüquqşünasın sözlərinə görə, Azərbaycanda məhəkəmə borluya qarşı çox nadir halda həbs cəzasını tətbiq edir, edəndə də inzibatı qaydada olur, yəni 15-günlük.

Buna baxmayaraq Zaur Salehli (ad şərtidir) adlı vətəndaşı məhz azadlıqdan məhtum etmə ilə hədələyiblər. Bir neçə il əəvvəl o öz adına kredit rəsmiləşdirib, lakin krediti tanışı üçün götürüb. Tanışı isə onun etibarından istifadə edərək Azərbaycan Beynəlxalq Bankı vasitəsilə Zaurun adına kreditə avtomobil götürüb (7 min manat məbləğində). Aralarındakı sövdələşməyə əsasən avtomaşını alan tanış kredit ödəmələrini öz öhdəsinə götürüb. Maraqlısı isə odur ki, kreditə alınmış avtomaşının etibarnamə ilə Zaur Salehlidən onun tanışına verilməsində notariusla birgə, həm də bank əməkdaşı iştirak edib. Bu isə deməkdir ki, bank iki tanışın arasındakı sövdələşmədən məlumatlı olub. Bir müddət sonra isə, əlbəttə, tanış maşınla birlikdə yoxa çıxıb və kredit üzrə ödəmələr dayandırılıb. Sözsüz ki, kredit Salehlinin adına olduğundan bank onun yaxasından yapışıb. Sadəcə qəribə olan odur, ödəmələr cəmi üç aydan sonra dayansa da, bunu yalnız ildən sonra edib. Beynəlxalq Bank müştərisini dərhal ödəmələrin dayandırılması barədə xəbərdar etməli olduğu halda, bunu yalnız üç ildən sonra edib, bu müddət ərzində isə borcun məbləği artaraq on minə çatıb. 

Эксперт-экономист Натик Джафарли - Sputnik Azərbaycan
Cəfərli: “Kredit faizlərinin yüksək olmasının səbəbi Mərkəzi Bankdır”

Bundan sonra Salehli Baş Dövlət Yol Polisi idarəsinə müraciət edərək avtomobilin tapılaraq ona həbs qoyulmasını xahiş etsə də, bunun indiyədək heç bir nəticəsi yoxdur. Bu azmış kimi, bank Salehliyə qarşı iddia ilə məhkəməyə şikayət edib. Məhkəmə də öz qərarını verib: avtomobil tapılsın, hərrac yolu ilə satılıb pul vəsaiti banka ödənilsin, lazım gəldikdə isə iddia üzrə cavabdeh şəxs yaranacaq qalığı ödəsin.

Avtomobil hələ də tapılmayıb, lakin məhkəmə icraçıları Zauru həbsxana ilə hədələyirlər. Sonradan aydınlaşıb ki, avtomobildən istifadə edən həmin o tanış quldurluğa görə həbsdədir.

Hüquqşünas Fərhad Nəcəfov məsələ ilə bağlı qeyd edib ki, bank iki şəxs arasındakı razılaşmadan xəbərdar olduğu üçün debitor kimi Salehlini deyil, məhz onun tanışını göstərməli idi. Çıxış yolu kimi o, Z.Salehliyə avtomobilin faktiki sahibi olan tanışına qarşı məhkəmə iddası qaldırmağı və onu kredit borcunu ödəməyə məcbur etməyi məsləhət görüb. Avtomobil tapılmazsa işə yenidən baxıla bilər və Salehlinin mülkiyyətində hər hansı əmlak olmasa, məhkəmə borcun onun əmək haqqından ödənilməsi barədə qərar verə bilər.

Xəbər lenti
0