Natiq Cəfərli: “Biznesin davamlı inkişafı üçün uzunmüddətli kreditlərə ehtiyac var”
MDB-də ən böyük kredit faizləri Azərbaycandadır. Bunu Milli Məclisin deputatı Vahid Əhmədov Bakıda keçirilən “Azərbaycanda qadın sahibkarlığın inkişafı” mövzusunda konfransdakı çıxışında deyib.
İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, kredit faizlərini asılı olduğu birbaşa iqtisadi göstərici Mərkəzi Bankın uçot dərəcəsidir:
“Azərbaycanda uçot dərəcəsi çox yüksəkdir. Kreditə çıxış mənbələrində faizlərin bu qədər yüksək olması biznes üçün çox pisdir. İri maliyyə banklarının bazara daxil olması ilə onlar daha ucuz kreditlər verə bilərlər”.