Qalmaqallı baş nazir istefasını geri çəkdi

© REUTERS / Mohamed AzakirSəad Həriri
Səad Həriri - Sputnik Azərbaycan
Abunə olmaq
"Prezident xahiş elədi ki, istefamı hələlik geri çəkim"

BAKI, 22 noyabr — Sputnik. Səudiyyə Ərəbistanında olarkən istefasını açıqlayan və uzun müddət aradan sonra ölkəsinə qayıdan Səad Həriri qərarından geri dönüb. Sputnik xəbər verir ki, o, isetfasını təxirə saldığını açıqlayıb.

İstefa ərizəsi - Sputnik Azərbaycan
Baş nazir istefasının səbəblərini açıqladı

Livan prezidenti Mişel Aunla görüşən Həriri jurnalistlərə deyib ki, dövlət başçısı ondan gözləməsini xahiş edib: "Cənab Aun xahiş elədi ki, çox dialoq üçün istefamı hələlik geri çəkim, mən də onun xahişini yerinə yetirdim".

Baş nazir milli dialoq qurulacağına ümid elədiyini söyləyib.

Qeyd edək ki, Livanın baş naziri S. Həriri noyabrın 4-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda vəzifəsindən istefa verdiyini açıqlayıb. O, özünə qarşı sui-qəsd planı hazırlandığını və bu planın arxasında "Hizbullah"ın dura biləcəyini söyləyib. Livandakı "Hizbullah" təşkilatı isə baş nazirin dedikləri ilə razılaşmayıb.

Xəbər lenti
0