Baş nazir istefasının səbəblərini açıqladı

© Photo : pixabay / Free-Photosİstefa ərizəsi
İstefa ərizəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Livanın istefa verən baş naziri: "Hizbullah"ın ölkəni məhv eləməsinə göz yuma bilməzdim"

BAKI, 13 noyabr — Sputnik. Livanın istefa verən baş naziri Səad Həriri, istefasından sonra ilk dəfə televiziya kanalına müsahibə verib. Özünə aid olan "Future" telekanalına danışan Həriri, haqqında dolaşan bəzi iddialara aydınlıq gətirib.

"Bir çoxları düşünür ki, məni istefaya Səudiyyə Ərəbistanı rəhbərliyi məcbur edib. Xeyr, heç kim məni zorla istefa verməyə məcbur edə bilməz. Bunu özüm elədim. Çünki ölkəm Livanda siyasi balans pozulub. İranın təsiri çoxalıb. Xalqı təhlükə barədə xəbərdar etmək üçün istefa verdim. Əgər Livanda balans yenidən təmin olunsa və bu barədə zəmanət alsam, istefamı geri çəkə bilərəm" — Səad Həriri qeyd edib.

© REUTERS / Mohamed AzakirLivanın baş naziri Səad Həriri, arxiv şəkli
Livanın baş naziri Səad Həriri, arxiv şəkli - Sputnik Azərbaycan
Livanın baş naziri Səad Həriri, arxiv şəkli

Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, Həriri, "Hizbullah"ın siyasətə qoşulmasına qarşı olmadığını bəyan edib: "Ancaq bu, o demək deyil ki, mən "Hizbullah"ın ölkəni məhv eləməsinə susmalıyam. Livandakı siyasi vəziyyəti düzəltməliyik".

"Səudiyyə Ərəbistanında özümü azad hiss edirəm. Kral Salman məni oğlu olaraq görür. Mən də vəliəhd Şahzadə Məhəmməd bin Səlmana hörmət edirəm, o da mənə hörmət edir. Onunla bir çox mövzuda eyni düşünürük. Ancaq bəzi mövzularda fikir ayrılıqlarımız var. Buna baxmayaraq Səudiyyə Ərəbistanı Livana ən böyük maddi yardım edən dövlətdir" — Həriri bildirib.

"Bəs İran necə? Bizə maddi yardım elədiklərini görmüsünüzmü? Xeyr, görməmisiz. Livandakı bəzi qaranlıq qruplar dinimizin mərkəzi olan Səudiyyə Ərəbistanını yox etməyə çalışır. Siz nəyi gözləyirsiz? Bu vəziyyətdə Səudiyyə Ərəbistanı bizi davamlı olaraq sevə bilərmi?" — o vurğulayıb.

Sabiq baş nazir sonda qeyd edib ki, o, üç gün ərzində ölkəsinə geri dönərək istefa ərizəsini rəsmən prezidentə təqdim edəcək.

Xəbər lenti
0