Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 21 noyabr — Sputnik. "Lotu Quli" kimi tanınan "qanuni oğru" Nadir Səlifov, əslində həyatını keçmiş milyonçu, "Mardan Palace" hotelinin müflisləşmiş sahibi Telman İsmayılova borcludur. Əlbəttə ki, "AST Telman" kimi tanınan iş adamı bilavasitə Lotu Quliyə qarşı sui-qəsdin açılmasında iştirak etməsə də, Rusiya İstintaq Komitəsinin "Çerkizov" bazarının keçmiş sahibinə olan marağı və Türkiyə hüquq-mühafizə orqanlarının onu daim izləməsi Lotu Quliyə qarşı sui-qəsdin açılmasına təkan verib.
Əks halda polis və xüsusi xidmətlər yalnız qanlı hadisədən sonra məsələni biləcəkdi. Bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın mənbə məlumat verib.
Mənbənin dediyinə görə, Telman İsmaylov olmasaydı, polis Türkiyə mafioz qrupunun rəhbəri Mehmet Sabri Şirinin dəstəsi və 2016-ci ildə qətlə yetirilmiş "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranskinin) məmur qardaşı Namiq Canıyevin adamlarına çıxa bilməyəcəkdi.
Xatırladaq ki, 2 noyabr tarixində İstanbul polisi 20 illik həbsdən azadlığa çıxdıqdan sonra Türkiyəyə yollanmış Lotu Quliyə qarşı sui-qəsd təşkil etmək üçün ölkəyə gələn killer dəstəsini ticarət mərkəzlərinin birində həbs edib. Sui-qəsdin hazırlnasmında Namiq Canıyev ittiham olunub. Guya Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdürrəhman Çolak, Orxan Ergin, Hacı Ömər Ertekin, Emre Debreli, Kenan Savcı, Necat Bingöl, Berkay Denizçı, Mehmet Sabri Şirin və saxta pasrpotla səyahət edən "qanuni oğru" Hacı Beyləqanlının da daxil olduğu qatillər dəstəsinə məhz Namiq Canıyev rəhbərlik edib.
Sonradan Rövşən Lənkarənskinin qətli və qardaşının tutulmasında yeni məqamlar ortaya çıxdı və Telman İsmaylovun da Lənkəranskinin qətlində əli olduğu barədə xəbərlər yayıldı. Deyilənə görə, AST Telman Lotu Qulinin (Nadir Səlifov) qardaşı Namiq Səlifov vasitəsilə Lənkəranskinin harada olduğunu onun düşmənlərinə xəbər verib.
Məsələ ondadır ki, Namiq Səlifov keçmiş milyonçunun Antalyadakı villasında dəfələrlə qonaq olub. Rəsmi olaraq Rövşən Lənkəranskinin qətlinin üstü hələ də açılmayıb və Lotu Qulinin bu işdə günahı sübüta yetirilməyib. Lakin kriminal dairələrdə bəziləri qətlin məhz Lotu Quli tərəfindən təşkil edildiyini düşünür. Deyilənə görə iki "qanuni oğru"lar arasında çoxdandır ciddi düşmənçilik var idi.
İsmayılova qarşı isə Rusiyada 2016-cı ildə baş vermiş iki qətl üzrə qiyabi həbs qərarı verilib. Daha öncə bu ittihamlarla onun qardaşı Rafiq İsmayılov həbs edilib və bu yaxınlarda müflisləşmiş milyonçuya qarşı daha altı qətl, iki dələduzluq faktı və mütəşəkkil cinayətkar dəstəsinin yaradılması üzrə ittihamların irəli sürüləcəyi deyilir.
İsmaylov həbsdən qorxaraq Türkiyəni tərk edərək Avropaya qaçıb. Lakin milyonçunun izlənməsi nəticəsində Türkiyə polisinə artıq tanış olan Hacı Beyləqanlının adı ortaya çıxır. Polis orqanları onun Rövşən Lənkəranskinin şəxsi qatili olduğunu bilirdi. Beyləqanlı hətta Canıyevin qətli ilə bağlı saxlanılsa da, sonradan azad edilmişdi.
Hacı İsmayılovun villasında tez-tez olub, onunla dəfələrlə telefonla əlaqə saxlayıb. Bundan sonra Hacı Beyləqanlının izlənməsi başlayıb və bunun nəticəsində hazırlanan qətl barədə məlumat əldə edilib və bütün dəstə zərərsizləşdirilib.
Namiq Canıyev mərhum qardaşı Rövşənin zirehli avtomaşınını hədiyyə etdiyi HacıBeyləqanlı ilə sıx əlaqə saxlayırmış və məhz sonuncu onu Türkiyəyə dəvət edib. Bazar ertəsi Türkiyə mediası tutulmuş Namiq Canıyev və Hacı Beyləqanlının mobil telefonlarında Lotu Qulinin yaşadığı evin şəkillərinin olduğu barədə xəbərlər yayıb. İstintaq orqanları bu şəkilləri Canıyev və Beyləqanlının planlaşdırılan qətldə iştirakının sübutu hesab edir.