CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rövşən Lənkəranskinin qardaşı Türkiyədə kriminalların arasına necə düşüb

© Photo : www.omurplaza.comİstanbuldakı Ömür alış-veriş mərkəzi
İstanbuldakı Ömür alış-veriş mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı məmur Lotu Quliyə qarşı sui-qəsddə iştirak etməyib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 3 noyabr — Sputnik. Azərbaycanlı məmur Namiq Canıyev İstanbulda bu yaxınlarda həbsxanadan çıxmış Lotu Quli ləqəbli "qanuni oğru" Nadir Səlifova qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinərək həbs edilib.

Bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın mənbələr məlumat verib.

Yerli KİV-in yaydığı məlumata görə, noyabrın 2-də İstanbul polisi Qaradağ rayon məhkəməsinin qərarı ilə bu günlərdə 20 illik həbsxana həyatından sonra azadlığa buraxılmış Səlifova qarşı sui-qəsdin qarşısını almağa çalışıb. Azadlığa çıxandan sonra N.Səlifov qardaşları Namiq və Müşfiq Səlifovla birlikdə İstanbula gedib.

Əməliyyat məlumatlarına görə, Türkiyəyə İstanbulda Nadir Səlifova hücum etmək məqsədilə bir qrup killer gəlib. Keçirilən əməliyyat tədbirləri nəticəsində İstanbulun Bakır-köy məhəlləsindəki Ömür alış-veriş mərkəzində qrupun bütün üzvləri saxlanılıb. Sui-qəsdin təşkilinə görə 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) qardaşı Namiq Canıyev günahlandırılıb. İddiaya görə, o, Orxan İsmayılov, Camal Tofiq oğlu Həsəov, Əbdürrəhman Çolak, Orxan Ergin, Hacı Ömər Ertekin, Əmrə Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Dənizçi, Mehmet Sabri Şirindən ibarət killerlər qrupuna başçılıq edib. Onların arasında saxta pasportu olan Hacı Beyləqanski ləqəbli "qanuni oğru" Talıbxanlı Hacıbaba Tahir oğlu da olub. 

Rövşən Lənkəranskinin məzarı - Sputnik Azərbaycan
HADİSƏ
Lənkəranskinin qatillərinə müharibə elan edən "qanuni oğru" azadlığa çıxdı

Eyni zamanda Türkiyə mediası mafioz qruplaşmanın bir neçə üzvünün həbsi barədə məlumat yayıb. Orada isə nə Nadir Səlifovun adı çəkilib, nə də ona qarşı hər hansı sui-qəsddən bəhs edilir.

Lakin İstanbulda baş verənlərin bir sıra təfərrüatları məlum olub. Belə ki, Namik Canıyev kriminal avtoritetə qarşı hazırlanan sui-qəsdin iştirakçısı olmayıb. Onun mediada yayılan sonuncu şəklini isə ondan xəlvət çəkiblər.

Səlifovla haqq-hesabı Şeyx Həmzət ləqəbli çeçen kriminal avtoritet, oğru dünyasının "Ümumavropa kassası"nın nəzarətçisi Həmzət Qastəmirov çürütmək istəyir. Hansı ki, o, bu yaxınlarda saxta pasport gəzdirməkdə və odlu silah saxlamaqda günahlandırılaraq 8 cangüdəni və aralarında yaxınlarının da olduğu 13 nəfərlə birlikdə Amsterdamın Sxiphol (Schiphol) hava limanı yaxınlığında saxlanılmışdı. Sonra Qastəmirov Hollandiya məhkəməsinə 3,6 milyon avro ödəyərək azadlığa çıxmışdı. Qastəmirovun adamları onu holland polisinə Lotu Qulinin adamlarının satdığını güman edirlər.

Mənbənin sözlərinə görə, Namiq Canıyev Türkiyəyə bir sıra maliyyə məsələsini yoluna qoymaq üçün gedibmiş. O, səfər zamanı həmçinin Rövşən Lənkəranskinin yaxın tərəfdaşları Şeyx Həmzət və Hacı Beyləqanski ilə də görüşüb.

Ümumiyyətlə, azərbaycanlı məmur geyindiyi uniformanın şərəfini ləkələməmək üçün həmişə kriminal aləmdən uzaq durmağa çalışır. Bunun üçün o, hətta qardaşı Rövşən həyatda olarkən onunla birlikdə şəkil belə çəkdirməyib. Amma bu dəfə mərhum qardaşının yaxın dostları ilə görüşmək onun üçün ölüm-dirim məsələsi olub. Ola bilsin, Namiq Canıyev qətlə yetirilmiş qardaşının intiqamının alınmasını istəyib. Rövşən Lənkəranskinin qisasını almağa bu yaxınlarda ona Şeyx Həmzət söz verib. O, bu məqsədlə türk və çeçen mafioz klanlarını bir yerə toplayıb. İnternetdə Şeyx Həmzətin dünənki İstanbul əməliyyatında ələ keçən Mehmet Sabri Şirinlə birgə fotosu yer almaqdadır. Bu, onların yaxın münasibətlərdə olduğu faktını bir daha təsdiqləyir.

Yeri gəlmişkən, polis Namiq Canıyevi ticarət mərkəzində deyil, oteldə saxlayıb. Ən son məlumata görə, Namiq Canıyev azadlığa buraxılıb və o tezliklə Azərbaycana qayıdacaq.

Xəbər lenti
0