Ərəbistandan ölkəmizə təkcə ovçular gəlmir, həm də...

© REUTERS / Naseem ZeitoonSəudiyyə Ərəbistanı ilə Qətərin sərhəddində dəvələr, 20 iyun 2017-ci il
Səudiyyə Ərəbistanı ilə Qətərin sərhəddində dəvələr, 20 iyun 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
ETSN: İqlim dəyişmələri ilə əlaqədar səhralarda küləklərin, fırtınaların sayı da artıb

BAKI, 21 noyabr — Sputnik. Bu gün səhər saatlarından Bakı qəribə dumana qərq olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ərəbistan səhralarında artan küləklər Azərbaycana toz-dumanın daxil olması hallarını çoxaldıb.

Tozlu hava - Sputnik Azərbaycan
HADİSƏ
Sabah Bakını növbəti toz dalğası bürüyəcək - Milli Hidrometeorologiya Xidməti

Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı hər üç saatdan bir müşahidələr aparır. Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 21 noyabr 2017-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan yuxarı olduğu qeydə alınıb.

ETSN Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova isə, Trend-ə açıqlamasında bildirib ki, Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə gələn toz-duman Bakıya zəif də olsa, gəlib çatıb.

Onun sözlərinə görə, bu dəfəki toz-duman prosesi əvvəlki proseslərlə müqayisədə çox zəifdir: "Noyabrın 22-si axşam saatlarında Abşeron yarımadasında tozun havada miqdarının sanitar norma daxilində olacağı gözlənilir. Nazirlik rəsmisi qeyd edib ki, əvvəllər toz-dumanın ölkə ərazisinə daxil olması 5-10 il ərzində 1 dəfə təkrarlanırdısa, artıq il ərzində 2-3 dəfə, bəzən isə 4 dəfə təkrarlanır".

M. Avazova bu artımın səbəbini iqlim dəyişmələri ilə izah edib: "İqlim dəyişmələri ilə əlaqədar səhralarda küləklərin, fırtınaların sayı da artıb. Buna görə də toz-dumanlar da səhra fırtınaları zamanı atmosfer qatına qalxırlar və hava axınları ilə digər ölkələrin ərazilərinə daxil olurlar".

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə ölkə ərazisinə daxil olub.

Xəbər lenti
0