Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah Bakını növbəti toz dalğası bürüyəcək - Milli Hidrometeorologiya Xidməti

Tozlu hava - Sputnik Azərbaycan, 1920, 06.09.2024
Abunə olmaq
Sentyabrın 7-si səhər saatlarından başlayaraq sinoptik vəziyyətlə əlaqədar yenidən ölkə ərazisinə şərq istiqamətindən transsərhəd toz-dumanının daxil olması gözlənilir.
BAKI, 6 sentyabr - Sputnik. Avtomatik stansiyalardan əldə olunan məlumatlara görə, bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyası hazırda norma həddinə düşüb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib:
"Lakin, sentyabrın 7-si səhər saatlarından başlayaraq sinoptik vəziyyətlə əlaqədar yenidən ölkə ərazisinə şərq istiqamətindən transsərhəd toz-dumanının daxil olması gözlənilir".
G.Abbasova qeyd edib ki, tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcək.
04.09.24, 11:56
Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında dünənlə müqayisədə azalma müşahidə olunur.
Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 2-2.5 dəfə çoxdur. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.
"Sinoptik vəziyyətlə əlaqədar bu gün ölkə ərazisində şimal-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən də havada tozun miqdarının axşam saatlarından başlayaraq tədricən azalacağı gözlənilir".
Xatırladaq ki, dünən havada tozun miqdarının normadan 4-4.5 dəfə yüksək olduğu qeydə alınıb.
02.09.24, 10:22
Bakıda və Abşeron yarımadasında havada müşahidə olunan tozun miqdarında artım müşahidə olunur. Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 2,5-3 dəfə çoxdur.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
"Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".
Xatırladaq ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 1,5 dəfə yüksək olduğu qeydə alınıb.
29.08.24, 11:08
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.
Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.
"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".
28.05.24, 14:00
Bakını niyə toz dumanı bürüyüb - rəsmi açıqlama
Bu gün ölkə ərazisində meteoroloji şəraitlə əlaqədar olaraq şimal-şərq istiqamətli hava axınların üstünlük təşkil etdiyindən, yenidən havada transsərhəd tozlanma müşahidə olunur.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, səhər saatlarında avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 1.2 dəfə çox olduğu müəyyən edilib.
"Prosesin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir", - deyə G.Abbasova qeyd edib.
Xəbər lenti
0