Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı mötəbər qurumun vitse-prezidenti seçilib

Abunə olmaq
Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti seçilib

BAKI, 21 noyabr — Sputnik. İslam Həmrəyliyi İdman Federasiyası 19-22 noyabr tarixlərində Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərindəki toplantısında dörd illik fəaliyyətinə yekun vurub. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla bağlı 19 noyabrda İHİF-in İcraiyyə Komitəsinin iclası olmuş orada X Baş Assambleyanın gündəliyi və hesabat məruzələri təsdiq olunub.

20 noyabr tarixində İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyası işinə başlayıb. Təbdirdə İHİF-in sədri Zati-aliləri Turki bin Abdulmohsen Al-Alsheix, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Zati-aliləri Yousef bin Ahmad Al-Otaimeen, İHİF-in vitse-prezidentləri Hamad Kalkaba Malbaum və Çingiz Hüseynzadə iştirak ediblər.

İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasının gündəliyində duran əsas məsələ təşkilatın dörd illik fəaliyyəti ilə bağlı hesabat olub. Hesabatda dörd il ərzində görülmüş işlər arasında Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili, onun İslam dəyərlərinin dünya miqyasında yayılmasındakı müstəsna rol oynaması, İslam ölkələri arasında dostluq və həmrəyliyin gücləndirilməsindəki önəmi xüsusi qeyd olunub.

Baş Assambleya təşkilatı dörd illik fəaliyyətinə yekun vurduqdan və növbəti dörd il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirdikdən sonra İHİF-in İcraiyyə Komitəsinin üzvlərinin və rəhbərliyinin seçkisi olub. Fərəhli haldır ki, toplantıda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin təşkilatın vitse-prezidentiliyə namizədliyi irəli sürülmüş və o, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti seçilib. Qeyd edək ki, Çingiz Hüseynzadə artıq üçüncü dəfədir ki, bu təşkilatın vitse-prezidenti seçirilir.

Xəbər lenti
0