Türkiyədən NATO ilə bağlı həlledici açıqlama: Yolun sonu...

© AFP 2024 / NICHOLAS KAMM Bəkir Bozdağ
Bəkir Bozdağ - Sputnik Azərbaycan
Abunə olmaq
Bəkir Bozdağ: "Təşkilat bundan sonra daha diqqətli olmalıdır"

BAKI, 20 noyabr — Sputnik. “Türkiyə NATO-da qalmağa davam edəcək”. Sputnik Azərbaycan "Cumhuriyet"-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ açıqlama verib. NATO ilə gələcək münasibətlərdən danışan Bozdağ deiyb ki, təşkilat bundan sonra daha diqqətli olmalıdır.

“NATO-dakı rəsmilər Türkiyəyə qarşı olan qüvvələrin alyansa təsirinə imkan verməməlidir. Ölkəmizə qarşı fəaliyyət göstərən terror qruplaşmalarının NATO-dan istifadə etməsi qəbulolunmazdır” — Bozdağ vurğulayıb.

O əlavə edib ki, Türkiyə NATO-nun aparıcı üzvlərindəndir: "Alyansdakı fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Ancaq türk millətinə, dövlətinə, Atatürkə və Ərdoğana qarşı hücumu, alçaqlığı da qəbul etməyimiz mümkün deyil”. 

Atatürk - Sputnik Azərbaycan
Atatürk düşmən elan olundu

Xatırladaq ki, Norveçdə keçirilən NATO hərbi təlimində Türkiyə dövlətini və millətini qəzəbləndirən hadisə yaşanıb. Bu barədə məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özü verib: "Dünən Norveçdə maraqlı bir hal yaşanıb. NATO-nun hərbi təlimində düşmən hədəf lövhəsinə Atatürkün və mənim adımı yazıblar. Və əsgərlərə bu lövhələri "vur" əmri verilib. Bu barədə Baş Qərargah rəisimiz və Avropa İttifaqı nazirimiz telefonda mənə bildirdilər. Dərhal təlimat verdim, 40 əsgərimizi həmin təlimdən geri çəkdik".

NATO baş verənlərə görə Türkiyədən üzr istəyib.

Məlumata görə, Atatürkün şəklini internetdən yükləyərək hədəf lövhəsinə yapışdıran şəxs texnikdir. O, artıq vəzifəsindən uzaqlaşdırılıb. 

Xəbər lenti
0