Atatürk düşmən elan olundu

© REUTERS / Umit BektasAtatürk
Atatürk - Sputnik Azərbaycan
Abunə olmaq
Mənə deyirlər ki, dünyanın super gücü olan ABŞ-a qarşı niyə belə danışırsan? Bizim üçün ən güclü Allahdır

BAKI, 17 noyabr — Sputnik. Norveçdə keçirilən NATO hərbi təlimində Türkiyə dövlətini və millətini qəzəbləndirən hadisə yaşanıb. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özü verib. Partiyasının qrup toplantısında danışan Ərdoğan, NATO və ABŞ əleyhinə çox sərt ifadələr səsləndirib.

"Dünən Norveçdə maraqlı bir vəziyyət yaranıb. NATO-nun hərbi təlimində düşmən hədəf lövhəsinə Atatürkün və mənim adımı yazıblar. Və əsgərlərə bu lövhələri "vur" əmri verilib. Bu barədə Baş Qərargah rəisimiz və Avropa İttifaqı nazirimiz telefonda mənə bildirdilər. Dərhal təlimat verdim, 40 əsgərimizi həmin təlimdən geri çəkdik" – Ərdoğan bildirib.

"Belə ittifaq ola bilməz. Fərqli yerlərdə fərqli oyunlar gedir. Mənə deyirlər ki, dünyanın super gücü olan ABŞ-a qarşı niyə belə danışırsan? Bizim üçün ən güclü Allahdır. Əgər silahı güc olaraq qəbul ediriksə, o zaman siyasəti buraxaq. Biz mübarizə yolumuzu seçmişik. Qalib sadəcə Allahdır" – Türkiyə prezidenti əlavə edib.

Ərdoğan sonda qeyd edib ki, ABŞ-ın bütün maneələrinə baxmayaraq terrorçu PYD/YPG ilə mübarizə davam edəcək: "Biz Amerikanın planlarını görürük. Onlar türk ordusunun PYD-yə qarşı hərbi əməliyyat başlamasına mane olmağa çalışır. Bu, müttəfiqliyə sığmayan çirkin davranışdır".

Xəbər lenti
0