Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxt sakinlərini cana doyuran kriminal dəstə zərərsizləşdirildi

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırma zamanı onların müxtəlif cinayətləri üzə çıxıb

BAKI, 18 noyabr — Sputnik. Suraxanı Rayon Polis İdarəsi (RPİ) 30-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən, Hövsan qəsəbəsində avtomaşınların ehtiyat hissələri oğurlayan şəxslərə qarşı əməliyyat keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən mlumat verilib.

Moskva, arxiv şəkli - Sputnik Azərbaycan
Paytaxtda terror aktları hazırlayan dəstə ələ keçdi

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, cari ilin noyabrın 15-də saat 3.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Səfər Rəşidova məxsus "VAZ-2103" markalı avtomobildən akkumulyator oğurlamağa cəhd göstərən paytaxt sakinləri Nicat Məmmədov, Samir Rəhimov, Lerik rayon sakini Elmir Qasımov və Cəlilabad rayon sakini Nuran Həmidov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Araşdırma zamanı onların noyabrın 8-dən 12-dək olan müddətdə daha 4 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib. Saxlanılan şəxslər oğurladıqları ehtiyat hissələrini paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyərindən aşağı qiymətə satdıqlarını və əldə etdikləri gəliri aralarında böldüklərini bildiriblər.

Qeyd edilən faktlarla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti
0