BAKI, 14 avqust — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti paytaxt Moskvada nəqliyyatda və iri ticarət mərkəzlərində terror aktları planlaşdıran İŞİD-çiləri yaxalayıb. Terror aktlarını kamikadzelər həyata keçirməli imişlər. Terrorçular böyük gücə malik partlayıcı qurğulardan istifadə etmək istəyirmişlər.
Saxlananlar arasında İŞİD emissarı, partlayıcı qurğuların hazırlanması üzrə mütəxəssis və 2 terrorçu-kamikadze var.
Terror aktlarının təşkilatçıları isə Suriyada fəaliyyət göstərən Nəzərov və Şirincanov soyadlı beynəlxalq axtarışda olan şəxslərdir. Şirincanov İŞİD-in terrorçu hazırlama mərkəzinin rəhbəridir.
Terrorçular Rusiya və Mərkəzi Asiya respublikalarının vətəndaşlarıdır.