Rövşən Binnətli: “Azərbaycanda hansısa idman növü üzrə yarışların keçirilməsinə məhdudiyyət yoxdur”
Azərbaycan prezidenti İlham Əliyev velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
İdman eksperti Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bizim idman siyasətimiz heç bir məhdudiyyət və çərçivə olmadan qurulub: “Fərdi və ya kollektiv idman növlərində keçirilən yarışların təşkil edilməsi bizə hər zaman həvalə edilir. Velosiped idman növündə son zamanlar bir xeyli irəliləyişlər var”.