BAKI, 17 noyabr — Sputnik. Türkiyədə FETÖ ilə bağlı davam edən istintaq çərçivəsində, keçmiş futbolçu Zafer Biryolun barəsində həbs qərarı çıxarılıb. Sputnik Azərbaycan bu barədə NTV-yə istinadən xəbər verir.
Futbolçunun Gülən şəbəkəsinə üzv şəxslərin istifadə etdiyi "ByLock" mesajlaşma proqramına qeyd olunduğu üzə çıxıb. Ona qarşı "terror təşkilatına üzv olmaq" maddəsi ilə iş açılıb.
Qeyd edək ki, Zafer Biryol futbola "Beşiktaş" klubunda başlayıb. Daha sonra "Konyaspor"-a transfer olan Biryol, 2003-2004-cü illərdə keçirilən 33 matçda 25 qol vuraraq "Qol kralı" adına layiq görülüb. Futbolu tərk etdikdən sonra Kanadaya köçən Zafer Biryolun Toronto şəhərində özünə aid futbol məktəbi də var.