Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı məmurun "qanuni oğru"nun qətli ilə əlaqəli səs yazısı ortaya çıxdı

CC0 / Foundry / manЧиновник, фото из архива
Чиновник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi məlumatlara görə, Lotu Qulinin qətlinin həyata keçirilməsi üçün beş milyon dollar pul ödənilib.

BAKI, 17 noyabr — Sputnik. Ötən ilin avqustunda qətlə yetirilmiş "qanuni oğru" Rövşən Lənkəranskinin (Rövşən Canıyev) qardaşı Namiq Canıyev, İstanbul məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs edilib. Bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrdəki mənbə məlumat verib.

Lotu Quli - Sputnik Azərbaycan
HADİSƏ
"Lotu Quli"yə qarşı sui-qəsd: Lənkəranskinin qardaşı tutuldu

Dünən İstanbulun Çağlayan Rayon Məhkəməsi, Keşlə gömrük postunun rəisi Namiq Canıyevin də aralarında olduğu on nəfərin həbsi barədə qərar qəbul edib.

Xatırladaq ki, 2 noyabr tarixində İstanbul polisi "qanuni oğru" Nadir Səlifova (Lotu Quli) qarşı hazırlanan sui-qəsdin üstünü açıb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 20 illik həbsdən sonra azadlığa çıxan Lotu Quli, dərhal qardaşları Müşviq və Namiqin yanına — İstanbula yollanıb.

Onun ardınca Türkiyəyə killer dəstəsi göndərilib. Lakin polis əməliyyatının nəticəsində dəstənin bütün üzvləri şəhərin "Ömür alış-veriş" mərkəzində həbs edilib.

Namiq Canıyev Lotu Quliyə qarşı sui-qəsdin hazırlanmasında ittiham olunur. İttihama görə, Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdürrəhman Çolak, Orxan Ergin, Hacı Ömər Ertekin, Emre Debreli, Kenan Savcı, Necat Bingöl, Berkay Denizçı, Mehmet Sabri Şirin və saxta pasrpotla gəzən "qanuni oğru" Hacı Beyləqanskinin də daxil olduğu qatillər dəstəsinə, məhz Namiq Canıyev rəhbərlik edib.

© Photo : OXU“Qanuni oğrular" “Lotu Quli” ilə görüşdə
Azərbaycanlı məmurun qanuni oğrunun qətli ilə əlaqəli səs yazısı ortaya çıxdı - Sputnik Azərbaycan
“Qanuni oğrular" “Lotu Quli” ilə görüşdə

Türkiyənin "Mynet" saytının məlumatına görə, tutlan Mehmet Sabri Şirin Türkiyədə mafioz qruplaşmasının başçısıdır.

Türkiyə KİV-nin yaydığı digər xəbərə görə, ölkənin xüsusi xidmət orqanları Namiq Canıyevlə dəstə üzvlərinin telefon danışıqlarının səs yazılarına malikdir. Bu yazılarda Rövşən Lənkəranskinin qətlinə aidiyyatı olan şəxslərin aradan götürülməsi barədə söhbətlərin olduğu iddia olunur.

Bəzi məlumatlara görə, Lotu Qulinin qətlinin həyata keçirilməsi üçün beş milyon dollar pul ödənilib.

Qeyd edək ki, İstanbulda yaxalanan dəstə üzvləri arasında dörd azərbaycanlı var.

Xəbər lenti
0