BAKI, 14 noyabr — Sputnik. Futbol üzrə İtaliya millisinin qapıçısı Canluici Buffon yığmada karyerasını başa vurduğunu bəyan edib. Sputnik Azərbaycan xəbər verir ki, o bu qərarını DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin cavab oyunundan sonra açıqlayıb.
"Mən, İtaliya yığmasını cavanlara, Perin və Donnarumaya tapşıraraq tərk edirəm. Şübhəsiz ki, İtaliya futbolunun gələcəyi var. Millidə on il ərzində birgə olduğum Bartsalyi, Bonuççu, Kyellini və De Rossini bağrıma basmaq istəyirəm" – deyə Buffon İsveçlə matçdan sonra bildirib.
Qeyd edək ki, İtaliya yığması son 60 ildə ilk dəfə dünya çempionatına vəsiqə qazana bilməyib.