CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maliyyə nazirinin açıqlaması bahalaşma anonsudur?

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidКассир пробивает водку в одном из магазинов, фото из архива
Кассир пробивает водку в одном из магазинов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Aksiz vergisinin artması qiymətlərin 20-25% qalxmasına səbəb olacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. 2018-ci ildən etibarən ölkədə alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub. Bunu noyabrın 7-də Milli Məclisdə keçirilən komitələrin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Вино, фото из архива - Sputnik Azərbaycan
Alkoqollu içkilər və tütün məmulatları kəskin bahalaşacaq: aksiz dərəcələri artırılır

Nazirin sözlərinə görə, milli valyutanın ucuzlaşması idxal olunan alkoqollu içkilərin və tütün məmulatlarının qiymətinin daxili bazarda artmasına, aksiz vergisi üzrə isə daxilolmaların azalmasına səbəb olub. Ona görə, tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub.

Nazir deyib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur və dəyişikliklər dövlət başçısına təqdim edilib. Aksiz dərəcələrinin artırılması ilə bağlı dəyişiklik gələn il qüvvəyə minəcək. Nəticədə büdcənin gəlirləri artacaq.

© KarikaturaAksiz marka
Aksiz marka - Sputnik Azərbaycan
Aksiz marka

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, istənilən ölkədə büdcə ilə bağlı problemlər yaşananda, hökumətlərin ilk ağlına gələn addım alkoqol və tütün məmulatlarının vergi yükünün artırılması olur: "Bu zaman rüsum, ya da aksiz vergiləri şəklində artırılma kimi bir məsələ gündəmə gəlir. Çünki sosial məsələ olmadığından, əhali tərəfindən o qədər də aqressiv qarşılanmır və belə bir addımın atılması hökumətlər üçün daha rahat olur".

"Azərbaycanda da gələn ildən belə bir addımın atılması büdcəyə əlavə vəsaitlərin daxil olmasına hesablanıb. Amma Azərbaycanda bu sahədə digər problemlər yaşana bilər. Yəni, onsuz da yerli istehsal, əsasən də siqaret məmulatlarında tələbatı tam ödəmir" — iqtisadçı bildirib.

N. Cəfərlinin sözlərinə görə, qiymətlərin kəskin bahalaşması qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretin həcmini artıracaq: "Onsuz da, hər gün xəbər agentliklərində belə hadisələrin baş verməsi haqqında məlumatlar dolaşır. Əgər kəskin qiymət artımı olsa, qonşu ölkələrdən qiymət ciddi fərqlənsə, qonşu ölkələrdən qaçaqmalçılıq yolu ilə siqaretin ölkəyə daxil olmasının artmasını görə bilərik".

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

Ekspertin qənaətincə, bu da əksinə, büdcəyə ziyan olacaq: "Yəni, rüsum nə qədər artırsa-artsın, rəsmi olaraq ölkəyə daxil olan tütün məmulatlarının həcmi azaldıqca, bu, büdcəyə daxilolmaların azalmasına səbəb ola bilər. Buna diqqət etmək lazımdır. Qonşu ölkələrdə qiymət monitorinqi aparıb belə bir addım lazımdır".

Onun fikrincə, alkoqollu içkilərdə daha ciddi problemlər yaşana bilər: "Xarici içkilərin qiyməti kəskin artsa, xarici marka adı altında saxta içkilərin Azərbaycan ərazisində gizli şəkildə istehsal olunub bazara daxil olması baş verə bilər. Bu da insanların sağlamlığına birbaşa təsir göstərə bilər. Belə hadisələr Rusiyada tez-tez olur".

"Qiymət həddinin ağlabatan səviyyədə olmasını təmin etmək lazımdır. Aksiz vergi dərəcəsinin 2 dəfə artması qiymətlərə, ən azı 20-25 faiz təsir göstərə bilər, amma bu, məhsulun maya dəyərindən asılıdır" — Cəfərli vurğulayıb.

Qeyd edək ki, noyabrın 8-də Milli Məclisin 5 komitəsinin birgə iclasında 2018-ci ilin büdcə müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, alkoqollu içkilərə tətbiq olunan aksiz vergisinin artırılması məsələsi gündəmə gəlib və onun hesabına xeyli vəsaitin büdcəyə daxil olması da planlaşdırılıb: "Biz düşünürük ki, kəskin addım atmamaq şərtilə tütün məmulatlarına tətbiq olunan aksiz vergisinin artırılması məsələsinə də baxmaq olar. Yəni, tütün məmulatlarına tətbiq olunan aksiz vergisini birdəfəlik çox artırsaq burada problem yaranar. Hissə-hissə, xırda miqdarlar ilə bunu artırıb maliyyə imkanları yaratmaq olar ki, bundan müəyyən məqsədlər üçün istifadə edək".

Xəbər lenti
0