Azərbaycanda benzin yenidən bahalaşacaq?

Abunə olmaq
"Super benzinin ölkəyə gətirilməsi bərpa olunana qədər sürücülər "Aİ 95" kimi tanınan "Premium" markalı benzindən istifadə edə bilərlər"

BAKI, 14 noyabr — Sputnik. Yanacaqdoldurma məntəqələrində "Ai 98" markalı super benzinin satışı dayandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, super markalı benzini ölkəyə gətirən və satan "SOCAR Petrolium" şirkətinin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirib ki, bu benzinin satışının dayandırılmasına səbəb onun alındığı ölkələrdə yanacaq qiymətlərinin bahalaşmasıdır.

Yanacaqdoldurma məntəqəsi - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sabahdan dizel yanacağının qiyməti qalxacaq

"Buna görə şirkətin həmin ölkələrlə qiymət məsələsi ilə bağlı danışıqları uzandığına görə super benzinin gətirilməsi hələ ki, dayandırılıb. Super benzinin ölkəyə gətirilməsi bərpa olunana qədər sürücülər "Aİ 95" kimi tanınan "Premium" markalı benzindən istifadə edə bilərlər" — deyən Həbibbəylinin sözlərinə görə, super benzin xarici ölkələrdən baha qiymətə alınsa belə, onun satış qiymətində bahalaşma olmayacaq.

Onu da qeyd edək ki, super benzinin Azərbaycanda istehsalı həyata keçirilmir. Azərbaycan bu benzini Bolqarıstan, Belarus və Rumuniyadan alır. Yeni alınacaq benzin də ölkəyə Rumuniyadan gətiriləcək. Super benzinin satışının, ən geci 1 aya bərpa ediləcəyi gözlənilir.

Xəbər lenti
0