BAKI, 10 noyabr — Sputnik. Noyabrın 11-dən etibarən Türkiyədə dizel yanacağının qiyməti bahalaşacaq.
Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, bu barədə Neft Məhsulları İşəgötürənlər İttifaqı bildirib.
Məlumata görə, dizelin qiyməti 10-12 quruş artacaq.
Neft Məhsulları İşəgötürənlər İttifaqının saytında deyilir ki, benzində isə 10-11 noyabr tarixləri arasında qiymət artımı gözlənilmir.