BAKI, 13 noyabr — Sputnik. "Real Madrid" futbol klubun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo 4-cü dəfə ata olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ronaldo özünün "İnstagram" səhifəsində şəkilli məlumat paylaşıb.
Futbolçu yazıb ki, sevgilisi Corcina Martines və yeni doğulan körpə özlərini yaxşı hiss edirlər. Cütlük qız uşağına Alana Martina adını verib.
Xatırladaq ki, Kriştiano Ronaldo bu ilin iyununda surroqat ana vasitəsilə əkiz uşaq atası olub. Onun həmçinin 7 yaşlı bir oğlu da var.