CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyevdən sevindirici qərar

Abunə olmaq
Dövlət başçısı 12 milyon manat ayırıb

BAKI, 13 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

İlham Əliyev Gəncə şəhərinə səfərə gəlib - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyevin Gəncədə haralarda olub – Xronika

"Ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynamış, zəngin keçmişi olan Gəncə şəhəri öz qədimliyini və tarixiliyini qorumaqla Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də sürətlə inkişaf edir. Şəhərin özünəməxsus zəngin tarixi-mədəni və milli memarlıq ənənələri qorunub saxlanılmaqla şəhərsalma, istirahət-turizm infrastrukturunun yeniləşdirilməsi sahələrində mühüm işlər görülmüş, o cümlədən Gəncə Dövlət Filarmoniyasının ən müasir tələblərə cavab verən yeni binası tikilib, orta əsrlər Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan "İmamzadə" kompleksi bərpa olunub, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh və Müasir İncəsənət muzeyləri, Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi – Abidə Kompleksi, Heydər Əliyev Park Kompleksi yaradılmış, yüksək standartlara uyğun mehmanxanalar inşa edilmiş, Gəncə çayı sahilində bulvar salınıb.

Bununla yanaşı, şəhərdə bir sıra sosialyönümlü infrastruktur layihələri də həyata keçirilib, o cümlədən Beynəlxalq Hava Limanı, 1 nömrəli şəhər xəstəxanası yenidən qurulmuş, Müalicə-Diaqnostika Mərkəzi, Bayraq Kompleksi, "ASAN xidmət" Mərkəzi, Gənclər və Uşaq Yaradıcılıq mərkəzləri, əlil və şəhid ailələri üçün ümumilikdə 299 mənzilli 5 yaşayış binası, təhsil ocaqları və digər obyektlər inşa edilmiş, çoxsaylı yaşayış binaları əsaslı təmir olunmuş, yeni elektrik yarımstansiyaları istifadəyə verilmiş, iri sənaye müəssisələri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Gəncə şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri, həmçinin abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 7,0 (yeddi) milyon manat, o cümlədən 72 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün 5,0 (beş) milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

Xəbər lenti
0