CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəttimizə qanunsuz qoşulub, bizə ziyan vuran şəxsləri nə gözləyir?

© Sputnik / Anar MustafayevStasionar telefon, arxiv şəkli
Stasionar telefon, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Zərəri geri almaq hüququ varsa, o zaman bu, elə də ciddi problem yaratmır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 noyabr — Sputnik. Bundan sonra telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparmaq cinayət məsuliyyəti deyil, inzibati məsuliyyət yaradacaq. Belə ki, Cinayət Məcəlləsindən "Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma" maddəsi çıxarılıb. İnzibati Xətalar Məcəlləsinin 360-cı (Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma) maddəsinə təklif olunan variantda deyilir ki, abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz olaraq daxil olmaqla, danışıqlar aparma, zərər çəkmiş şəxsə ziyan vurmaqla törədildikdə 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir. Dəyişiklik parlamentdə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Hüquqşünas Ələsgər Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsində həddindən çox hərəkətlərin cinayət məsuliyyəti yaratması o qədər də humanist bir yanaşma deyil: "Hadisənin ağırlığına, cəmiyyətdəki təhlükəliliyinə görə, cəza ya cinayət predmeti, yaxud da inzibati predmet hesab olunur. Ona görə İnzibati Xətalar Məcəlləsi var. Bu baxımdan Cinayət Məcəlləsinin müəyyən maddələrdən təmizlənməsi və onun inzibati predmetə çevrilməsi müsbət yanaşmadır. Çünki normalda şəxs əgər qanunsuz olaraq xəttə girib telefonla danışırsa, külli miqdarda da zərər vurmursa, ya da özəl həyatla bağlı məqamlar yoxdursa, onda inzibati məsuliyyət ilə bu iş bitə bilər". 

Tələbə. Arxiv şəkli - Sputnik Azərbaycan
Qərar dəyişməzsə, 10 min tələbə ziyan çəkəcək

Onun sözlərinə görə, onsuz da Cinayət Məcəlləsində şəxsin telefon danışmalarını pozmaq ilə bağlı 155-ci maddə var: "Əgər şəxsin özəl həyatı baxımından məsələyə müdaxilə varsa, onsuz da yenə cinayət məsuliyyəti yaranacaq. Yəni, şəxsin xəttə girib-girməməsindən asılı olmayaraq. O baxımdan düşünürəm ki, bu, normaldır".

Hüquqşünasın fikrincə, ümumiyyətlə, Cinayət Məcəlləsində ciddi ictimai təhlükə yaratmayan hərəkətləri mümkün qədər inzibati məsuliyyət kimi müəyyən etmək daha doğrudur: "Nəticə etibarı ilə dövlət əgər şəxsi cinayət məsuliyyətinə cəlb edirsə, hətta, azadlıqdan məhrum edirsə, uzun müddət onu cəza evində saxlamalı, təhlükəsizliyinə, qayğısına qalmalıdır. Bir növ burada dövlətin üzərinə əlavə yük düşür. Amma inzibati məsuliyyətdə mahiyyət etibarilə müəyyən cərimə sanksiyası tətbiq etmək və qısa müddətli inzibati həbslə bu iş bitə bilər. Beləliklə, şəxs konkret əməlinə görə müəyyən mənada cəza ödəyər, həm də dövlət əlavə yük altına girməz. Yəni, ictimai təhlükəsi də çox olmadığı üçün bu halda şəxsi uzun müddət cəmiyyətdən təcrid etməyə ehtiyac yoxdur".

Onun sözlərinə görə, bütün halda şəxsin telefon xəttinə girib külli miqdarda ziyan vurublarsa, bu məsuliyyətin inzibati və ya cinayət olması mülki məsuliyyətdən azad etmir: "Yəni, şəxsə zərər dəyibsə, buna görə zərər yenə kompensasiya ediləcək. Həmin şəxs dəyən zərəri geri istəyə biləcək. Məsələn, kimsə telefon xəttimə girərək başqası ilə danışırsa, burada zərərim nə ola bilər? Zərərim sadəcə xidmət haqqının yüksək olacağıdır. Bunu da geri almaq hüququm varsa, o zaman bu, elə də ciddi bir problem yaratmır".

İKT üzrə ekspert Cahid İsmayıloğlu isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, dünyada və ölkəmizdə telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma tez-tez baş verən hallardır: "Bu, əsasən xaricə edilən zənglərdə baş verir və bu zaman vətəndaş külli miqdarda ziyana düşür. Belə hallar Azərbaycanda da baş verir. Xarici təcrübədə də var. Bunun qarşısını almaq üçün ilk növbədə mobil operatorlar təhlükəsizlik xidmətlərini, tədbirlərini daha da gücləndirməlidirlər. Bu istiqamətdə olan cinayətlərin texnoloji üsulları günü-gündən inkişaf edir. Ona görə də, mobil operatorlar bu məsələ ilə ayaqlaşmalıdırlar. Eyni zamanda, maarifləndirmə işləri aparmaq lazımdır ki, vətəndaşlar ayıq-sayıq olsunlar, öz mobil xidmətinə kənardan müdaxilənin qarşısını ala, özünü sığortalaya bilsinlər". 

Rəşad Əlizadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Üzərinə 400 minlik borc yazılmış şəxs: “Nə şirkətim var, nə də milyonum”

Ekspert misal olaraq deyib ki, hazırda əhali bank kartlarından istifadə edir, elektron ödənişləri bank kartları vasitəsilə həyata keçirir: "Əhalinin böyük bir qismi bank kartlarından ayıq-sayıq şəkildə istifadə etmir. Orada olan onlayn əməliyyatlardan çoxunun xəbəri yoxdur. Bunun üçün müəyyən texniki imkanlar var. Məsələn, SMS məlumatlandırma xidməti var. Bundan istifadə etmək olar. Başqa sözlə, bunların hesabatını (balansa nə qədər pul yükləyirsiz və s.) aparmaq lazımdır".

Onun sözlərinə görə, telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma həm şəhər telefonlarına, həm də mobil telefonlara aiddir: "Elə vətəndaş var ki, xaricə zəngləri birbaşa blok edir. Əgər vətəndaş xaricə zəng etmirsə, bunu həm şəhər, həm də mobil telefondan birbaşa blok edə bilər, o xidməti söndürə bilər. Çünki adətən telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparmanın çoxu xaricə edilən zənglərdə olur".

Xəbər lenti
0