Qərar dəyişməzsə, 10 min tələbə ziyan çəkəcək

© Sputnik / Pavel LisitsynTələbə. Arxiv şəkli
Tələbə. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tələbələr ABŞ-ın əvəzinə Kanadanı seçmək məcburiyyətində qalacaqlar

BAKI, 10 oktyabr — Sputnik. ABŞ ilə Türkiyənin qarşılıqlı olaraq vizaları dayandırması ən çox tələbələrə təsir edib. Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, "Work and Travel" və dil kursları çərçivəsində ABŞ-a üstünlük verən 10 min tələbə bundan ziyan çəkəcək.

ABŞ-da dil kurslarının təşkil olunduğu ən əsas dövr oktyabr-noyabr aylarına təsadüf edir. Bu dövrdə Türkiyədən olan xeyli sayda tələbə ABŞ-a dil təhsili almaq üçün gedir.

Ancaq viza qadağası səbəbindən həmin tələbələr zərər görə bilərlər. Əgər qərar dəyişməzsə, tələbələr ABŞ-ın əvəzinə Kanadanı seçmək məcburiyyətində qalacaqlar.

Qeyd edək ki, "Work and Travel" çərçivəsində tələbələr ABŞ-a gedərək, həm orada həm işləyir, həm də ABŞ-ı gəzmək fürsəti qazanırlar.

Xatırladaq ki, ABŞ Türkiyə vətəndaşlarına qarşı viza qadağası tətbiq edib. Buna adekvat olaraq Ankara da eyni qərarı qəbul edib.

Xəbər lenti
0