BAKI, 11 noyabr — Sputnik. İspaniyanın "Real" (Madrid) futbol klubunun keçmiş oyunçusu, 2005-2006 mövsümündə Zidan, Raul, Karlos, Quti və Bekhem kimi əfsanəvi futbolçularla bir heyətdə forma geyən Tomas Qravesen qumara qurşanıb. Sputnik Azərbaycan bu barədə NTV-yə istinadən xəbər verir. Danimarkalı keçmiş yarımmüdafiəçi, futbolu atandan sonra ABŞ-ın Las-Veqas şəhərində yaşayır. Hər gecə qumarxanalarda görüntülənən keçmiş futbolçu, futbolda qazandığından daha çox pul qazanır. Bu barədə onun özü məlumat verib.
"2009-cu ildə futbolu tərk edəndən sonra həyat yoldaşım Kamila ilə Las-Veqasa köçdük. Təkcə son ildə qumardan 110 milyon dollar qazandım" — Qravesen deyib.
Tomas Qravesen "Real"ın tarixində 10 ən pis transfer siyahısına düşüb. Futbolçu klubun əsas heyətində çox az hallarda meydana çıxıb.