QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan ATƏT-in Minsk Qrupu qarşısında tələb qoydu

© Sputnik / Sergey Averin / Mediabanka keçidКортеж патрулей миссии ОБСЕ, фото из архива
Кортеж патрулей миссии ОБСЕ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan ATƏT-in Minsk Qrupundan əməli addımların atılmasını gözləyir

BAKI, 10 noyabr — Sputnik. Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların intensivləşdirilməsi məqsədi ilə əməli addımların atılmasını gözləyir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının ATƏT yanında  nümayəndə heyəti ATƏT Daimi Şurasının 1163-cü iclasında bəyan edib. 

Azərbaycanın nümayəndə heyəti danışıqların bərpa edilməsində həmsədrlərin səylərini alqışlayaraq, Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabr 2017-ci il tarixində Cenevrədə keçirilmiş zirvə görüşünü düzgün istiqamətdə atılmış addım olduğunu qeyd edib: “Görüş substantiv danışıqların bərpası üçün ilkin şərtlər qoymaq cəhdlərinin  uğursuzluqla nəticələndiyini sübut etdi. Birgə bəyanatda əks olunduğu kimi, ümumilikdə, görüşün baş tutmasını və nəticəsini müsbət qiymətləndiririk. Danışıqları intensivləşdirmək məqsədi ilə həmsədrlərdən əməli addımların atılmasını gözləyirik”. 

millət vəkili Rövşən Rzayev - Sputnik Azərbaycan
Rzayev: “Minsk Qrupunun marağında olan yalnız sülh yoludur”

“Bununla yanaşı, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik, mədəni və fiziki xarakterli dəyişikliklərə dair qanunsuz əməlləri Yerevanın işğalçı mahiyyətini, baş vermiş faktın zorla qəbul etdirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş sistemli siyasətini nümayiş etdirir: "Təmas xətti boyunca silahlı təxribatlar da daxil olmaqla Ermənistanın bu cür addımları sülh səylərinə zərbə vurur. Biz ATƏT-ə üzvü olan dövlətləri beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərini yerinə yetirməyə, onların fiziki və hüquqi şəxslərinin, harada olmasından asılı olmayaraq, qeyri-qanuni iqtisadi fəaliyyətlərinin qarşısını almaq məqsədi ilə müvafiq hüquq normalarına əməl etməyə çağırırıq.

Biz həmçinin xatırlatmaq istəyirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in sənədləri və qərarları və Helsinki Yekun aktının prinsipləri münaqişənin həlli üçün əsasdır. Əgər Ermənistan münaqişənin siyasi həllinin tapılmasında səmimi olaraq maraqlıdırsa, onda gərək bu dəqiq müddəalar əsasında münaqişənin həlli prosesində konstruktiv iştirak etsin”.

Nümayəndə heyəti münaqişənin həlli üçün mərhələli həll variantına alternativin olmadığını və sülhə nail olmaq üçün ən yaxşı şans olduğunu qeyd edib: “Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrinin aradan qaldırılması üçün yaradılıb ki, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyənləşdirilib, xüsusən, ilk olaraq erməni silahlı qüvvələrinin işğal edilən ərazilərdən çıxarılması nəzərdə tutulur, qalan siyasi məsələlər gələcəkdə Minsk konfransında müzakirələr üçün saxlanılır. Bu yanaşma əsas istiqamətdir və hazırda danışıqlar masası üzərində olan təkliflərin əsasıni təşkil edir.

Nümayəndə heyəti qeyd edib ki, Cenevrə görüşündən əvvəl və dərhal sonra Ermənistanın yüksək səviyyəli rəsmilərinin verdiyi bəyənatlar Yerevanın həqiqi niyyətinə dair suallar doğurur. Bu kontekstdə Minsk Qrupunun həmsədrləri və ATƏT-ə üzv olan dövlətlərindən Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni icmasının təcrid olunmasına haqq qazandırmaq və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni rejimi təbliğ etmək etmək kimi mənasız cəhdlərini pisləyəcəyini gözləyirik". 

Politoloq Elxan Şahinoğlu - Sputnik Azərbaycan
Şahinoğlu: “Dağlıq Qarabağ münaqişənin həlli üçün plan mövcuddur”

Nümayəndə heyəti həmçinin Daimi Şuraya xatırladıb ki, bu cür hərəkətlər hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qanunsuz hesab olunub: “Təhlükəsizlik Şurası Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləyib, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün gücdən istifadənin yolverilməz olduğunu təsdiqləyib.

Ermənilər başa düşməli və yadda saxlamalıdır ki, nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət torpaqların işğalını və etnik təmizləməni qəbul etməyəcək. Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüquqa zidd ola biləcək heç bir sülh sazişinə nail oluna bilməz. Azərbaycan torpaqlarının işğalı həll variantı deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək”. 

Xəbər lenti
0