Elxan Şahinoğlu: “Ermənistan münqaişənin həlli üçün olan planı qəbul etmək istəmir”
“Sarkisyan danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir”. Bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi — şöbə müdiri Novruz Məmmədov bildirib.
Politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Sarkisyanın nə deməyindən asılı olmayaraq ortada “Madrid planı” var: “Sadəcə olaraq Ermənistan bu planı qəbul etmək istəmir. Cenevrə görüşündə də dərin məsələlər müzakirə edilməyib. Ancaq bu görüşdə əldə olunmuş razılıqlar barədə optimist fikirlər səsləndirmək olmaz”.