CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident bu sahənin problemini də həll etdi

Abunə olmaq
Bu, Azərbaycan Prezidentinin sərəncamında əksini tapıb

BAKI, 8 noyabr — Sputnik. Azərbaycanda vəkillərin sayı artırılaraq zəruri həddə çatdırılacaq.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 853-VQD nömrəli qanununun tətbiqi barədə sərəncamında əksini tapıb.

Sərəncamla Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və Azərbaycan Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə 5 ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb. 

Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu qanun vəkillik fəaliyyətinə ciddi təsir edəcək

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək, Vəkillər Kollegiyasına vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılaraq zəruri həddə çatdırılması üçün müvafiq tədbirlər görülməsinin tövsiyə edilməsi tapşırığı verilib.

Qeyd edək ki, oktyabrın 31-də Milli Məclisin plenar iclasında Mülki Prosessual və İnzibati Prosessual məcəllələrin, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər müzakirə edilərək təsdiqlənib. Layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlıdır. Layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir. Bununla bağlı Mülki Prosessual Məcəlləyə əvvəlki dəyişiklikdə əlavə kimi təklif olunan 69.1-1 maddəsinə əlavələr edilir.

Digər yenilik isə odur ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun 1.4 və 1.6 maddələri məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur. 

Femida - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Prezident İlham Əliyev bu məsələyə diqqət edəcək”

Xatırladaq ki, dəyişiklik layihələri Ali Məhkəmənin sədri tərəfindən Milli Məclisə daxil olub. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur. Layihəyə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Həmçinin kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Sözügedən dəyişiklik cəmiyyətdə böyük rezonansa səbəb olmuş, hüquqşünaslar və millət vəkilləri tərəfindən narazılıq doğurmuşdu. Narazılar ölkədə vəkil qıtlığının olacağını dilə gətirirdilər.

Xəbər lenti
0