CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qanun vəkillik fəaliyyətinə ciddi təsir edəcək

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Milli Məclisinin binası
Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran qanun layihəsi qəbul olunub

BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 31-də Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual və İnzibati Prosessual məcəllələrin, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər müzakirə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlıdır. Layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir. Bununla bağlı Mülki Prosessual Məcəlləyə əvvəlki dəyişiklikdə əlavə kimi təklif olunan 69.1-1 maddəsinə əlavələr edilir.

Digər yenilik isə odur ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun 1.4 və 1.6 maddələri məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur. 

Tələbə qızlar, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Millət vəkilinin təklifi cəmiyyətdə razılığa səbəb olub

Layihə səsə qoyularaq qəbul olunub.

Xatırladaq ki, dəyişiklik layihələri Ali Məhkəmənin sədri tərəfindən Milli Məclisə daxil olub. Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edilib.

Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur. Layihəyə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Həmçinin kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Xəbər lenti
0