BAKI, 7 noyabr — Spitnik. Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası tarixində 3-cü dəfə Avropa çempionu olub.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu nailiyyət Yunanıstanın Krit adalarında az əvvəl başa çatan nüfuzlu yarışda əldə olunub.
Sonuncu turda Azərbaycan yığması Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib — 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan olunub. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.