Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bütün dünya bu qapıçıdan danışır

© REUTERS / Kai Pfaffenbach "Maynts" klubunun qapıçısı Robin Zentner
Maynts klubunun qapıçısı Robin Zentner - Sputnik Azərbaycan
Abunə olmaq
Topun qapıya tərəf getdiyini görməyən qolkiper, pas atmaq üçün ayağını irəli doğru atıb. Yalnız ayağının boşa çıxdığını görəndən sonra vəziyyəti anlayan Zentneri komanda yoldaşı sığortalayıb

BAKI, 6 noyabr — Sputnik. Dünən Almaniya Bundesliqasında keçirilən "Borussiya" — "Maynts" matçında maraqlı hadisə baş verib. Rəqib "Maynts" klubunun qapıçısı Robin Zentnerin topa vurmaq əvəzinə ayağı ilə hava boşluğunu hədəf alması izləyiciləri güldürüb. O, komanda yoldaşının ötürməsindən sonra etdiyi hərəkətlə gülməli vəziyyətə düşüb.

Belə ki, topun qapıya tərəf getdiyini görməyən qolkiper, pas atmaq üçün ayağını irəli doğru atıb. Yalnız ayağının boşa çıxdığını görəndən sonra vəziyyəti anlayan Zentneri komanda yoldaşı sığortalayıb. Bununla da, qolkiperin biabırçı səhvi qolla nəticələnməyib.

Qeyd edək ki, oyun 1:1 hesablı bərabərliklə nəticələnib.

Sputnik Azərbaycan "Milliyet"-ə istinadən həmin görüntünü təqdim edir:

 

 

Xəbər lenti
0