SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputatların həbsi tələb olundu

© REUTERS / Yves Hermanİspaniya polisi, arxiv şəkli
İspaniya polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İspaniya qiyamda günahlandırılan katalon deputatların həbsini tələb edib

BAKI, 6 noyabr — Sputnik. İspaniya prokurorluğu qiyamın təşkilində, qiyam qaldırmaqda və dövlət vəsaitlərini mənimsəməkdə günahlandırılan Kataloniya parlamentinin spikeri Karm Forkadel və digər deputatların girov müqabilində azadlığa çıxmamaq şərtilə həbsini tələb edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu El Mundo qəzetinə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Forkadel və parlamentin rəyasət heyətinin beş keçmiş üzvü keçən həftə 27 oktyabrda müstəqillik barədə qətnaməyə səs verdiklərinə görə ifadə vermək üçün Ali Məhkəməyə çağırılıblar. Lakin prosedur noyabrın 9-na qədər təxirə salınıb. Bu vaxta qədər deputatlar "polis nəzarəti"nə götürülüb. 

Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon - Sputnik Azərbaycan
Kataloniya separatçılarının lideri təslim oldu

Nəşrin məlumatına görə, ittiham olunanlardan həbsdən yalnız "Birlikdə hə uğrunda" partiyasının üzvü olmayan Xuan Xosep Nuet kənarda qala bilər.

Prokurorluğun ittihamında qeyd olunur ki, Nuet səsvermə zamanı Kataloniyanın müstəqilliyini dəstəkləyib. Lakin parlamentarinin vəkili bildirib ki, onun müvəkkili müstəqilliyin əleyhinə səs verib və bunu sənədlərlə sübut etməyə hazırdır.

Daha əvvəl İspaniya Milli Məhkəmə Palatasının qərarı ilə Kataloniya hökumətinin səkkiz sabiq üzvü həbs olunub. Hazırda Belçikada olan hökumətin sabiq başçısı Karles Puçdemon haqqında Avropa həbs orderi verilib.

Kataloniya parlamenti oktyabrın 27-də regionun müstəqilliyi haqqında qətnamə qəbul edib. Bir saat sonra İspaniya Senatı ispan hökumətinin Kataloniyanı birbaşa idarə etməsi barədə Konstitusiyanın 155-ci maddəsinin tətbiqini təsdiqləyib.

İspaniyanın baş naziri Mariano Raxoy muxtariyyatın hökumət özəyinin, o cümlədən onun başçısı Karles Puçdemonun vəzifədən azad edildiyini bəyan edib. O, həmçinin muxtar icma parlamentinin buraxılması və 21 dekabrda Kataloniyada erkən seçkilərin keçirilməsi haqqında qərar verib.

Xəbər lenti
0