BAKI, 5 noyabr — Sputnik. Brüsseldə olan Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və Kataloniya hökumətinin 4 sabiq üzvü saxlanılıb.
Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Belçika Federal Prokurorluğunun nümayəndəsi məlumat verib.
Puçdemon və 4 tərəfdarı bu gün səhər saatlarında polisə təslim olub. Onlar 24 saat azadlıqdan məhrum ediliblər.