CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni qərar: zibil də daşıya bilərsiniz, ev də tikə bilərsiniz

© Sputnik / Murad OrujovКабинет министров Азербайджанской Республики
Кабинет министров Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
İctimai işlər cəzası belə cəzaya məhkum olunmuş şəxslərin əsas işindən və ya təhsilindən asudə vaxtında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai‑faydalı işləri yerinə yetirməsindən ibarətdir

BAKI, 3 noyabr — Sputnik. "İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Nazirlər kabineti 438 saylı qərar qəbul edib.

Qərarda deyilir ki, ictimai işlər cəzası belə cəzaya məhkum olunmuş şəxslərin əsas işindən və ya təhsilindən asudə vaxtında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai‑faydalı işləri yerinə yetirməsindən ibarətdir. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növünün və icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi, həmin şəxslərin ictimai işlərə göndərilməsi, belə işlərin təşkili və nəzarət tədbirləri qüvvədə olan cinayət, cəzaların icrası, əmək qanunvericiliyi normalarına əməl edilməklə həyata keçirilir. 

Следственный изолятор, фото из архива - Sputnik Azərbaycan
Prezidentə 31 il həbs cəzası verildi

İctimai işlər cəzasına məhkum olunmuş şəxslər şəhər, rayon ərazisinin, küçə, park və meydanların, yolların, abadlaşdırılması və təmizlənməsi (o cümlədən, yaşıllaşdırılması, qar və yağış sularının fəsadlarının aradan qaldırılması), məişət tullantılarının (əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyaların, maddələrin və materialların, tullantıların) yığılması (toplanılması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması,yaşayış ərazilərinin, xəstəxanaların, məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin, yataqxana və pansionatların, sosial xidmət müəssisələrinin, habelə sosial sferanın digər obyektlərinin tikintisi və təmiri, kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, ictimai əhəmiyyətli digər işlərin görülməsi ilə cəzalandırıla bilərlər.

İctimai işlər cəzasına məhkum olunmuş yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin keçiriləcəyi yerlər müəyyənləşdirilən zaman onların təhsilindən və ya əsas işindən sonra asudə vaxtlarında yerinə yetirə biləcəyi işlər əsas götürülməli, onların yaş dövrünə uyğun psixoloji cəhətləri nəzərə alınmalıdır. Yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin həyata keçiriləcəyi yerlər müəyyənləşdirilərkən yetkinlik yaşına çatmayanların təhsili və ya əsas işi, yetkinlik yaşına çatmayanların cinsi mənsubiyyəti, yetkinlik yaşına çatmayanların yaş dövrünə uyğun fiziki sağlamlığı və psixoloji cəhətləri, həyatı qavrama baxışları nəzərə alınmalıdır. İctimai işlər cəzasına məhkum olunmuş yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin həyata keçiriləcəyi yerlər müəyyən edilən zaman kənardan hamının sərbəst şəkildə görə bilmədiyi, həmçinin, belə işlərin icrasının digər şəxslər tərəfindən foto və video çəkilişlərinin aparılması mümkün olmadığı işlərə və iş yerlərinə üstünlük verilməlidir.

Xəbər lenti
0