BAKI, 3 noyabr — Sputnik. Türkiyədə Fətullah Gülən şəbəkəsi ilə yaxınlığına görə yayımı dayandırılan “Samanyolu” televiziyasının sahibi Hidayət Karaca 31 il azadlıqdan məhrum edilib.
Sputnik Azərbaycan bu barədə "Sabah" istinadən xəbər verir. Karacanın məhkəməsində 33 şahid dindirilib.
İstanbul Şəhər Polis İdarəsinin keçmiş rəisi Ali Fuat Yılmazer-ə isə 16 il 6 ay iş kəsilib.