CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu əməli törətməyin, həbs cəzası gəlir

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayət Məcəlləsinin 202-1-ci maddəsinə yeni cəza növü əlavə edilib

BAKI, 3 noyabr — Sputnik. Cinayət Məcəlləsinin 202-1-ci maddəsinə (İxrac nəzarətinə aid sənəd və məlumatları yayma) yeni cəza növü — azadlığın məhdudlaşdırılması əlavə edilib.

Həbsxana divarında tikanlı məftillər, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan həbsxanalarında yeni cəza tətbiq olunacaq

Sputnik Azərbaycan xəbər verir ki, təklif olunan dəyişikliyə görə, hüquqi və fiziki şəxslərdən alınmış ixrac nəzarətinə aid sənəd və məlumatların və ya onların məzmununun açıqlanması və ya üçüncü şəxslərə verilməsi — 100 manatdan 500 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Mövcud variantda isə deyilir ki, hüquqi və fiziki şəxslərdən alınmış ixrac nəzarətinə aid sənəd və məlumatların və ya onların məzmununun açıqlanması və ya üçüncü şəxslərə verilməsi — 100 manatdan 500 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Qeyd edək ki, dəyişiklik oktyabrın 20-də parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0