BAKI, 3 noyabr — Sputnik. Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 4-cü seçmə mərhələsinə Abşeronda start verilib.Federasiyanın mətbuaqt xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, AAAF Park Yaşayış Kompleksinin yarış zalında Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər mübarizəyə qoşulublar. 100-ə yaxın ağır atlet körpücük üzərində qüvvəsini sınayıb.
Qeyd edək ki, yarışların keçirilməsində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.