Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yeni Əsrin müqaviləsi təsdiqləndi

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflər mühəndis-texniki işçilərin 90%-nin, fəhlə heyətinin 95%-nin Azərbaycan vətəndaşı olmasına dair razılığa gəliblər

BAKI, 31 oktyabr – Sputnik.  Oktyabrın 31-də parlamentin plenar iclasında "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirə edilib. Sputnik Azərbaycan xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Президент SOCAR Ровнаг Абдуллаев на презентации, посвященной продаже первых пятилетних облигаций Госнефтекомпании АР - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Yeni saziş Azərbaycanın gücünü nümayiş etdirdi"

Qeyd edək ki, 2049-cu ilin sonunadək davam edəcək hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən, BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın "AÇG"-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılır və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəyəcək. Saziş təsdiqləndikdən sonra "AÇG"-də tərəfdaşların yeni iştirak payları belədir — BP — 30,37%, AzACG (SOCAR) — 25,00%, "Chevron" — 9,57%, "Inpex" — 9,31%, "Statoil" — 7,27%, "ExxonMobil" — 6,79%, TP — 5,73%, "Itochu" — 3,65% və "ONGC Videsh Ltd." (OVL) — 2,31%. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək.

"Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Amoko kaspian Si petroleum Limited, Bİ-Pİ Eksploreyşn (Kaspian Si) Limited, Delta Nimir Xəzər Limited, Den norske stats olyeselskap a.s., LUKoyl Səhmdar Cəmiyyəti, MakDermott Azərbaycan İnk., Pennzoyl Kaspian Korporeyşn, Remko Xəzər Enerci Limited, Türkiyə Petrolleri A.O., Yunokal Xəzər, Ltd arasında Saziş” 1994-cü il sentyabrın 20-də bağlanıb və Azərbaycan Respublikasının 1994-cü il 2 dekabr tarixli 933 nömrəli qanunu ilə qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.

Qanun layihəsi barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov danışıb. O, bildirib ki, Sazişin əsas mətni mövcud mətndən fərqlənmir, amma sənədə bəzi əlavələr olunub. 1995-ci ildən 2017-ci ilədək Saziş çərçivəsində ümumi xərclər 43,5 milyard dollar, əsaslı xərclər 35 milyard dollar təşkil edib. İcra müddətinə Azərbaycan tərəfinə 130 milyard dollara yaxın mənfəət nefti şəklində çatıb.

Onun sözlərinə görə, layihə çərçivəsində tədqiqatlar üzrə işlərə 2019-cu ildə başlansa, yalnız 2023-cü ilin ortalarında neft hasil edilə bilər. Mövcud Sazişin qüvvədə olma müddəti isə 2024-cü ilə təsadüf edir. Ona görə də, sənədin yenilənməsinə ehtiyac var idi.

V.Ələsgərov deyib ki, yenilənmiş "AÇG" müqaviləsinin şərtlərinə əsasən, SOCAR-ın törəmə şirkəti olan "AzACG"-nin payı 25%-ə qədər artırılır: "Xarici şirkətlərin birlikdə hissəsi 75% qalıb. Sazişin icrasına dair şərtlər olduğu kimi qalır. Tərəflər mühəndis-texniki işçilərin 90%-nin, fəhlə heyətinin 95%-nin Azərbaycan vətəndaşı olmasına dair razılığa gəliblər".

Xəbər lenti
0