Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Özəl sektorda çalışanlara xoş xəbər - Qərar qəbul olundu

CC0 / StartupStockPhotos / NotebookБлокнот и ноутбук, фото из архива
Блокнот и ноутбук, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb

BAKI, 31 oktyabr — Sputnik. Parlamentin plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişikliklərə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, həmin qanunun 1-ci maddəsində "2 (iki) il müddətinə" sözləri "2021-ci il yanvarın 1-dək" sözləri ilə əvəz edilib.

Məmur yoxlaması. Arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vətəndaş bu qərardan məmnun olacaq, amma riskləri də var

2.1-ci maddənin birinci cümləsinə "yoxlamaları," sözündən sonra "müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə" sözləri əlavə olunub.

Beləliklə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişikliklər edilərək yoxlamaların dayandırılması 2021-ci il yanvarın 1-dək uzadılır. Dəyişikliyə əsasən, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətlə bağlı yoxlamaların həyata keçirilməsinə icazə verilir.

Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0