Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İŞİD dünyanın bir nömrəli ulduzlarını hədələdi

© Photo : STRƏl-Bab şəhərinin İŞİD-dən azad edilmiş hissəsi
Əl-Bab şəhərinin İŞİD-dən azad edilmiş hissəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçuların sosial mediada paylaşdığı fotoda Messi və Neymar əsir olaraq təsvir edilib

BAKI, 30 oktyabr — Sputnik. İŞİD terror təşkilatı gələn il Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatını yenidən hədələyib. Sputnik Azərbaycan T24-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Lionel Messi fotosu ilə "DÇ-2018"i hədələyən terrorçular bu dəfə Neymarı hədəfə alıb.

Terrorçuların sosial mediada paylaşdığı fotoda Messi və Neymar əsir olaraq təsvir edilib. Təsvirdə Messi yerdə üzərində İŞİD bayrağı ilə ölü halda yatırsa, Neymar diz üstə çöküb və başı üzərində bir terrorçu dayanıb.

Şəkilin altında isə "Biz müsəlman ölkələrdə təhlükəsizlikdə olmadıqca, siz əylənə bilməyəcəksiniz" yazılıb.

Xatırladaq ki, İŞİD 3 gün əvvəl də yayımladığı iki foto ilə Dünya çempionatını hədələmişdi. Fotolardan birində Lionel Messini dəmir barmaqlıqlar arxasında və gözündən qan axarkən təsvir edən İŞİD "Bizi gözləyin" sözlərini yazmışdı.

Xəbər lenti
0