BAKI, 30 oktyabr — Sputnik. Cinayət Məcəlləsinin 143-1-ci maddəsinə (Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə) yeni cəza — azadlığın məhdudlaşdırılması əlavə olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, həmin maddəyə təklif olunan variantda deyilir ki, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
Mövcud variantda isə deyilir ki, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Qeyd edək ki, dəyişiklik ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.