BAKI, 28 oktyabr — Sputnik. “Biz Kataloniyanı İspaniyanın ayrılmaz hissəsi kimi görürük”. Sputnik xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hazar Nauert bildirib.
Spikerin sözlərinə görə, Amerika Birləşmiş Ştatlar İspaniya hökumətinin ölkənin ərazi bütövlüyünü qorumaq üçün konstitutsion tədbirlərini dəstəkləyir.
Kataloniya muxtar bölgəsinin müstəqillik elan etməsinə Türkiyə də münasibət bildirib.
"Bu qərar qanuni deyil. İspaniyanın ərazi bütövlüyünə, siyasi birliyinə və konstitusiyasına dəstəyimiz davam edəcək" — Türkiyənin Avropa İttifaqı naziri Ömər Çelik deyib.
Müstəqillik referendumuna Avropa Şurası da münasibət bildirib.
"Heç bir Avropa dövləti Kataloniyanın müstəqilliyini tanımayacaq. Bizim üçün yeganə tərəf müqabili İspaniya hökumətidir" — şuradan açıqlama verilib.
Maraqlıdır ki, mövzu ilə bağlı Moskvadan hələlik heç bir şərh gəlməyib.