BAKI, 27 oktyabr — Sputnik. İspaniyanın Kataloniya Muxtar Əyalətinin parlamenti əyalətin müstəqilliyini elan edib.
Sputnik Azərbaycan bu barədə Sözçü-yə istinadən məlumat verir.
Kataloniyanın müstəqilliyinin elan edilməsi ilə bağlı parlamentdə səsvermə keçirilib.
Kataloniyada oktyabrın 1-də müstəqilliklə bağlı referendum keçirilib. İspaniya hökuməti, BMT-ni üzvü olan dövlətlər, Avropa İttifaqı və BMT referendumun nəticələrini tanımayıb.