Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bakıda terror planlaşdıranların pozulmuş hesabları

© AFP 2024 / NICOLAS MAETERLINCK Antiterror əməliyyatı. Arxiv şəkli
Antiterror əməliyyatı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ehtimal etmək olar ki, əsas hədəf müxalifət yox, daha çox insanın toplaşacağı yerlər olub

BAKI, 27 oktyabr — Sputnik. Bu həftənin ən qalmaqallı hadisələrindən biri, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının, oktyabrın 25-i gecə saatlarında, Bakının Qaradağ rayonunda terror aktları həyata keçirməyi planlaşdıran şəxslərlə bağlı keçirdiyi əməliyyat oldu.

Сотрудник Службы государственной безопасности Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Bakıda terror aktları planlaşdıran şəxslər məhv edildilər

DTX-nın məlumatında bildirilir ki, Azərbaycandan kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul edən bir qrup şəxs, Lökbatan qəsəbəsində "Abdullah" ləqəbli Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq, onu cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin "əmir"i seçiblər. Həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıblar.

DTX-nın məlumatında o da qeyd olunur ki, terrora hazırlaşan qrup, 2017-ci il oktyabr 22-də, Lökbatan qəsəbəsi ərazisində seçdikləri məkanda sınaq keçiriblər. Əməliyyat-texniki yolla ətraflı qeydə alınmış həmin şəxslərin görüşlərində, onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəliblər.

Baş verən bu hadisə ölkə mətbuatı və sosial şəbəkələrdə böyük ajiotaja səbəb olub. Belə bir sual yaranır ki, hansı səbəbdən hədəf kimi məhz müxalifətin mitinqi seçilib? Ehtimal etmək olar ki, əsas hədəf müxalifət yox, daha çox insanın toplaşacağı yerlər olub. Yəni, burada hədəf konkret olaraq müxalifətçilər deyil, daha çox insanı məhv etmək olub.

Xatırladaq ki, bu ilin yanvarında həyata keçirilən əməliyyatda dövlət binalarının, parlament binasının hədəfdə olduğu üzə çıxmışdı. Bu dəfə isə müxalifətin toplantısı hədəf seçilib. Görünür, hakimiyyət əleyhinə olan insanların öldürülməsi siyasi rəng almalı idi və terrorçuları idarə edənlər də, təbii ki, bunu hesablamışdılar.

Сотрудники  Службы государственной безопасности Азербайджана, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Abşerondakı "terror yuvasından" son xəbər

Konkret olaraq baş vermiş əməliyyatla bağlı nəsə demək çətindir. Çünki bu haqda informasiya məhduddur. Amma ümumi baxdıqda, demək olar ki, Azərbaycanda terror təhlükəsi hər zaman mövcud olub.

Belə təhlüklərin qarşısını almaq üçün həbslər, sərt tədbirlər kifayət etmir. Demokratik resursların, vətəndaş cəmiyyətinin, azad mətbuatın inkişafı bunun qarşısını ala bilər. Digər tərəfdən, sosial problemlər artması və mötədil siyasi qüvvələrin oyundan kənarlaşması bu kimi hallar artmasına səbəb ola bilir.

Bu baxımdan vətəndaş cəmiyyətini inkişaf etdirmək daha məqbuldur. Onu da unutmayaq ki, terrorçu təşkilatlar — istər PKK, istərsə İŞİD — bizdən o qədər də uzaq məsafədə deyil. Bunların Azərbaycanda da maraqları mövcuddur və müəyyən qədər fəaliyyətləri var. Təsadüfi deyil ki, Azərbaycanda İŞİD-lə əlaqəsi olan xeyli sayda insan həbs edilib.

Bu mənada, Azərbaycan çox həssas bir bölgədə yerləşir. Bundan başqa, Ermənistan kimi işğalçı bir ölkə ilə həmsərhədik. Ki, düşmən də ölkəmizdə terror aktlarının baş verməsində maraqlıdır. Ermənistanın ASALA kimi terrorçu təşkilatı himayə etdiyi də kimsəyə sirr deyil.

Bir nüansa diqqət yetirmək lazım gəlir. Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər, bu cür risklər davam edəcək. Azərbaycan ərazicə böyük dövlət deyil və təhlükəsizliyə təhdidlərin qarşısını almaq nisbətən daha asandır. Lakin terror təhlükəsi istənilən ölkədə həmişə mümkündür…

Xəbər lenti
0